AZ

TÜRKPA Baş katibi Sankt-Peterburqda keçirilən Beynəlxalq konfransda iştirak edib - FOTO

20 may 2026-cı il tarixində TÜRKPA Baş katibi cənab Ramil Həsən Müstəqil Dövlətlər Birliyinin İştirakçı Dövlətlərinin Parlamentlərarası Assambleyası (MDB PA) və Tədqiqatlar üzrə Baza Təşkilatı tərəfindən birgə təşkil olunmuş “Terrorçu və ekstremist təşkilatların qanunsuz fəaliyyətinə cəlb edilmiş şəxslərin deradikalizasiyası və sosial reinteqrasiyası: imkanlar və perspektivlər” mövzusunda Beynəlxalq Dəyirmi masada iştirak və çıxış edib.

Bizim.Media xəbər verir ki, tədbir TÜRKPA ilə MDB PA arasında davamlı əməkdaşlığı və konstruktiv münasibətləri nümayiş etdirən mühüm platforma rolunu oynamaqla bərabər, həm də regionda gələcək nəsillər üçün davamlı sülhün, təhlükəsizliyin və daha təhlükəsiz gələcəyin təmin edilməsi, terrorizm və ekstremizmə qarşı mübarizədə parlament diplomatiyasının, regional əməkdaşlığın və əlaqələndirilmiş beynəlxalq səylərin əhəmiyyətini müzakirə etmək üçün imkan yaradıb.

Dəyirmi masa zamanı müxtəlif beynəlxalq təşkilatların və digər qurumların nümayəndələri müzakirə olunan məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Baş katibi Protokol xidmətinin rəisi Yadigar Məmmədov müşayiət edib.










Bizim.Media

Seçilən
39
1
bizim.media

2Mənbələr