AZ

Azərbaycanın yeniyetmə cüdoçuları Xabarovskda beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

Azərbaycanın yeniyetmə oğlan cüdoçulardan ibarət millisi Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Fanat.Az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, hazırlıq prosesində 5 cüdoçu iştirak edib.

Xatırladaq ki, idmançılar daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıblar.

Azərbaycan cüdoçuları yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.

Seçilən
11
1
fanat.az

2Mənbələr