AZ

"Ermənistan Rusiya ilə müttəfiqlik ruhuna uyğun olmayan addımlar atır" - Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistan rəhbərliyinin son dövrlərdə Moskva ilə müttəfiqlik münasibətlərinə uyğun olmayan addımlar atdığını bildirib.

Redaktor.az xəbər verir ki, Şoyqu bu barədə xüsusi işçi qrupunun iclasında danışıb.

Onun sözlərinə görə, Ermənistanın beynəlxalq platformalarda Avropa İttifaqının mövqeləri ilə uyğunlaşması, həmçinin gömrük və ticarət rejimlərinin Aİ standartlarına yaxınlaşdırılması Moskva ilə mövcud öhdəliklərlə ziddiyyət yarada bilər.

Şoyqu qeyd edib ki, Ermənistanın son illərdə atdığı bəzi addımlar dostluq münasibətləri ruhuna uyğun deyil.

O, həmçinin Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinə qoşulması və Rusiya vətəndaşlarının üçüncü ölkələrə ekstradisiyası məsələlərini də tənqid edib.

Rusiya rəsmisi İrəvanın Avropa Siyasi Birliyinin sammitində Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışına imkan yaratmasını da tənqid edərək, həmin çıxışda Rusiyaya qarşı təhdidlərin yer aldığını bildirib.

Şoyqu bu addımları “erməni xalqının nasizmə qarşı mübarizə xatirəsinə hörmətsizlik” kimi qiymətləndirib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
79
1
redaktor.az

2Mənbələr