AZ

Niderland ötən il Ukraynaya 5 milyard avrodan çox hərbi yardım göstərib

Niderland 2025-ci ildə Ukraynaya böyük həcmdə silah və hərbi texnika tədarük edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a istinadən Niderland Krallığının Müdafiə Nazirliyinin hesabatında bildirilib.

Məlumata görə, ölkə gələn il Ukraynaya 5 milyard avrodan çox dəyərində hərbi yardım göstərib.

Qeyd olunub ki, bu artım ABŞ-nin Ukraynaya hərbi dəstəyində müşahidə edilən azalma ilə əlaqələndirilir.

Niderland hava hücumundan müdafiə sistemləri, artilleriya, döyüş sursatı və zirehli texnikanın tədarükünü davam etdirəcək, eyni zamanda Ukrayna hərbçilərinin təlim prosesində də iştirak edəcək.

Hesabatda bildirilib ki, ölkə hökuməti 2026-cı il üçün də Ukraynaya 3 milyard avro həcmində əlavə hərbi yardım ayırıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
58
1
redaktor.az

2Mənbələr