AZ

Mario Cesar Flores: Məqsədimiz daha çox ailənin təhlükəsiz və əlçatan mənzil ehtiyacının qarşılanmasına töhfə verməkdir

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bizə mənzil problemlərinin həlli üçün daha effektiv yanaşmaları müzakirə etmək imkanı yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında WUF13-də iştirak edən BMT-nin Məskunlaşma Proqramının rəsmisi (UN-Habitat) Mario Cesar Flores deyib.

“Biz ABŞ mərkəzli beynəlxalq qeyri-hökumət təşkilatı olaraq 70-dən çox ölkədə fəaliyyət göstəririk və əsas istiqamətimiz insanların təhlükəsiz və əlçatan mənzillə təmin olunmasına kömək etməkdir. WUF13 bizim üçün çox vacibdir. Çünki hazırda dünyada ciddi mənzil böhranı mövcuddur. Biz UN-Habitat olaraq digər təşkilatlarla birlikdə çalışaraq daha çox ailənin mənzil ehtiyacının qarşılanmasına töhfə vermək istəyirik”,- deyə o əlavə edib.

Müxbir - Vüsalə Səfərova, Günel Alıyeva

Operator - Şövqi Əzizov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
2
azertag.az

3Mənbələr