AZ

Məscidlərdən mis samovarların oğurlanması

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun müxtəlif kəndlərindəki məscidlərdən iri mis samovarlar oğurlanıb. Araşdırmalar zamanı məlum olub ki, 40 litr su tutumu olan odun samovarlarını oğurlamaqda şübhəli bilinən eyni adamdır.

Bizimyol.info xəbər verir ki, 37 yaşlı Elvin Ordubad rayonunun Dırnıs, Qoruqlar kəndlərindəki məscidlərdən əlavə, bir çox tanıdığı şəxslərin evlərindən də oğurluq etməkdə ittiham olunur. İttihama görə, o, evlərdən, həyətyanı sahələrdəki saxlanc yerlərindən də mis əşyalar oğurlayıb. Oğurlanan əşyalar arasında çoxsaylı mis qazanlar, samovarlar, kasalar, su qabıları, məcmeyilər olub.

Elvin məhkəmədə ifadəsində özünü təqsirli bilib. O, bildirib ki, ailəsini dolandırmaq üçün günəmuzd işləyirdi. 2024-cü ilin fevral ayında həmkəndlilərinin evindən oğurluq edib və buna görə cinayət məsuliyyətinə cəlb olunub. Ordubad Rayon Məhkəməsinin hökmü ilə onun barəsində 1 il 2 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Onun sözlərinə görə, başqa qazancı olmadığındam yenidən oğurluq etmək qərarına gəlib. Həmin vaxt Bakıda olan şəxslərin evindən oğurluq edib.  O, məscidlərdəki oğurluqlar barədə də danışaraq bildirib ki, həm həm Dırnıs kənd məscidindən, həm də Qoruqlar kənd məscidindən oğurladığı samovarların hər birini 250 manata satıb.

Qeyd edək ki, həmin samovarlar 470 manat dəyərləndirilib.

Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 (oğurluq – təkrar və yaşayış sahəsinə, binaya, anbara, saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinən Elvin məhkəmənin hökmü ilə 2 il 6 ay azadlıqdan məhrum edilib.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
92
bizimyol.info

1Mənbələr