AZ

Şükürbəyli kəndində tikinti üçün 6.3 milyon ayrıldı

Cəbrayıl rayonunun Şükürbəyli kəndi 1042 ailəlik (I mərhələ - 635 ailəlik) yaşayış məntəqəsinin sel sularından mühafizə tədbirləri, drenaj şəbəkəsi, istinad divarları, körpülər, yağış kanalizasiya şəbəkəsinin tikintisinə 6 334 270 AZN xərclənəcək.

 

Pravda.az-ın xəbərinə görə, icraçı “GM Construction” MMC-dir.

 

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu şirkətlə müqavilə bağlayıb.

 

Cabir

Tarix: 20 May 2026, 18:14   
Seçilən
61
pravda.az

1Mənbələr