AZ

Süni intellekt həyatımıza necə təsir edir?

Ramp maliyyə platformasından əldə edilən məlumatlara görə, ABŞ-da ödənişli müəssisə süni intellekt abunəlikləri bazarında "Anthropic" 34,4%, "OpenAI" isə 32,3% paya malikdir. 

"Google"un payı isə 4,5% olaraq qalır. "Anthropic" və "OpenAI" hazırda biznes dünyası üçün süni intellekt məhsullarında Google-dan irəlidə görünürlər 

"Cebheinfo.az"ın araşdırmasına görə, gündəlik həyatda süni intellektdən istifadənin sürətlə artması məşğulluq, təhlükəsizlik və məlumat mərkəzlərinin ətraf mühitə təsiri ilə bağlı narahatlıqları da artırır.

Belə ki, "Gemini"nin 900 milyondan çox aktiv istifadəçiyə sahib olduğu bildirilir. Şirkət həmçinin bu il süni intellekt infrastrukturu və çiplərinə təxminən 180-190 milyard dollar sərmayə yatırmağı planlaşdırdığını açıqlayıb.

Artıq bəzi şirkətlər son versiya süni intellekt modellərini tam şəkildə təqdim etməyə ehtiyatla yanaşırlar. Səbəb isə bu texnologiyaların yarada biləcəyi risk və təhdidlərin hələ tam ölçülə və idarə oluna bilməməsidir. Əsas narahatlıq süni intellektin hansı yeni təhlükələr yarada biləcəyi və insanların ondan hansı məqsədlərlə istifadə edə biləcəyidir.

Qeyd etdiyimiz kimi, artıq elə bir dövrdə yaşayırıq ki, insanlar çox vaxt rəhbərlərinə və ya çalışdıqları müəssisələrə məlumat vermədən süni intellekt alətlərindən istifadə edirlər. Bu onu göstərir ki, süni intellekt gündəlik və peşəkar fəaliyyətimizin ayrılmaz hissəsinə çevrilib. Bu isə o deməkdir ki, bizim artıq heç bir şəkildə geri dönüş üçün potensial yolumuz qalmayıb. 

Məhz buna görə də texnologiyadan tam imtina etməkdən daha çox, onun yaratdığı riskləri yenə süni intellekt və təhlükəsizlik mexanizmləri vasitəsilə idarə etməyə çalışmaq vacibdir.

Artıq hər birimiz istifadə etdiyimiz platformalarda öz rəqəmsal kimliyimizi, bir növ “rəqəmsal əkizimizi” formalaşdırırıq. Lakin bir məqamı da unutmamalıyıq: əgər istifadə etdiyimiz məhsul üçün pul ödəmiriksə, çox vaxt biz özümüz məhsula çevrilirik.

İnsanlar tez-tez öz səs yazılarını süni intellekt alətlərinə yükləyərək onları mətn formatına çevirirlər. Əgər bu xidmətlər ödənişsiz təqdim olunursa, istifadəçi əslində həmin sistemlərin öyrədilməsi prosesinə də töhfə verir. 

Süni intellekt kommersiya aləti olduğundan, ona təqdim edilən məlumatlar müxtəlif emal mexanizmləri vasitəsilə sistemin inkişafına xidmət edir. Bu isə bəzən şəxsi və gizli hesab etdiyimiz məlumatların təhlükəsizliyi ilə bağlı suallar yaradır. Bir sözlə bizim gizli hesab etdiyimiz məlumatlar açıq məlumata çevrilir. 

Əgər bir prosesdə təhlükəsizlik təmin olunmursa, bunu süni intellekt vasitəsilə daha sürətli və effektiv etməyə dəyməz. Ümumiyyətlə, bu zaman görülən işin faydası mübahisəli ola bilər. Çünki bu halda artıq bizim reputasiya və maliyyə risklərimiz yarana bilər. Nəticədə əldə edilən faydadan daha çox zərər görmüş olarıq.

Seçilən
26
1
cebheinfo.az

2Mənbələr