AZ

Bakı–Tiflis qatarı region turizmini canlandırır: Xarici turistlər üçün ortaq turizm marşrutlar formalaşacaq

Xəbər verdiyimiz kimi 26 maydan etibarən Bakı–Tiflis–Bakı marşrutu üzrə gündəlik sərnişin qatarlarının fəaliyyətinin bərpası region turizmi və iqtisadi əlaqələr baxımından yeni imkanlar yaradacaq. Xüsusilə də xarici turistlərin Azərbaycan və Gürcüstanı ortaq marşrut kimi seçməsi hər iki ölkəyə turist axınının artmasına səbəb ola bilər. Mütəxəssislər hesab edir ki, bu addım həm turizm sektoruna, həm də xidmət sahələrinə ciddi töhfə verəcək.

Mövzu ilə bağlı danışan millət vəkili Əlibala Məhərrəmov bildirib ki, bu marşrut uzun müddətdir gözlənilən regional turizm layihələrindən biridir.

Onun sözlərinə görə, xüsusilə Ərəbistan ölkələrindən və Avropadan gələn turistlər artıq Azərbaycan və Gürcüstanı vahid turizm paketi kimi seçə biləcəklər:

“Ərəbistandan, Avropadan gələn turistlər həm Gürcüstana, həm Azərbaycana ortaq marşrut edə bilərlər. Bu ortaq marşrut çoxdan arzu olunan hallardan biri idi. Misal üçün turistlər üç gün Gürcüstanda, dörd gün Azərbaycanda qalırlar və yaxud əksinə. Bu paket özü çox səmərəli paketə çevrildi”.

Millət vəkili qeyd edib ki, dəmir yolu əlaqəsinin bərpası hotellər, restoranlar, nəqliyyat və xidmət sektorunda da canlanma yaradacaq. Onun fikrincə, sərnişin axınının artması ölkəyə daxil olan turizm gəlirlərinə də müsbət təsir göstərəcək".

Nigar,

Sitat.info

Seçilən
89
2
sitat.info

3Mənbələr