AZ

Qoşulmama Hərəkatında mənzil və şəhərsalma üzrə komitənin yaradılmasını təklif edilib

Milli Məclisin deputatı Pərvanə Vəliyeva Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində mənzil və şəhərsalma üzrə ayrıca komitənin yaradılmasını təklif edib.

APA-Economics” xəbər verir ki, o, bu təklifi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Şəhər öhdəliklərinin milli fəaliyyətə çevrilməsi: hamı üçün mənzilə aparan parlament yolu” adlı dəyirmi masada səsləndirib.

Deputat qeyd edib ki, Azərbaycanın sədrliyi dövründə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin icra katibliyi Bakıda fəaliyyət göstərəcək.

UN-Habitatın icraçı direktoru Anaklaudiya Rosbax təşəbbüsü müsbət qiymətləndirərək bildirib ki, parlamentlərin qlobal mənzil gündəliyinə daha fəal qoşulması üçün belə platformalar mühüm rol oynaya bilər.

Seçilən
44
2
apa.az

3Mənbələr