AZ

Moskva və Pekin “Sibirin Gücü – 2” qaz kəmərinin işə salınma müddəti ilə bağlı razılığa gəlməyib

Moskva, 20 may, AZƏRTAC

Rusiya və Çin Pekində keçirilən danışıqların yekununda “Sibirin Gücü – 2” qaz kəməri layihəsinin həyata keçirilməsi müddəti ilə bağlı razılıq əldə etməyib.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, tərəflər qaz kəmərinin marşrutu və tikinti prinsipləri də daxil olmaqla layihənin əsas şərtlərini faktiki olaraq razılaşdırıblar.

“Bəzi məqamların hələ də razılaşdırılmalıdır, lakin ümumilikdə, belə bir anlaşma artıq mövcuddur”, – deyə o bildirib.

Kremlin nümayəndəsi qeyd edib ki, layihənin işə salınmasının konkret vaxtı hələ razılaşdırılmayıb.

Bundan əvvəl “Qazprom” Çin tərəfi ilə “Sibirin Gücü – 2” qaz kəmərinin və Monqolustan üzərindən keçəcək “Soyuz – Vostok” tranzit xəttinin tikintisi üzrə hüquqi öhdəlik yaradan memorandum imzalayıb. Magistral qaz kəmərinin layihə gücü ildə 50 milyard kubmetr qaz təşkil edəcək.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
33
2
azertag.az

3Mənbələr