AZ

Şöbə müdiri: 8 şəhərin, 100-dən çox kəndin master-planı hazırlanıb

Bu günə qədər 8 şəhərin, 100-dən çox kəndin master-planı hazırlanıb.

APA xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Dirçəliş və urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq paneldə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov deyib.

O qeyd edib ki, bu master-planlar ümumi plana əsaslanaraq hər bir yaşayış məntəqəsinin inkişaf yol xəritəsinə çevrilib:

“Məhz bu iyerarxik və sistemli yanaşma sayəsində biz regionun müxtəlif hissələrində paralel şəkildə işlərə başlaya bildik. Düşünürəm ki, bu, ən çətin məsələlərdən biridir. Əlbəttə bəzi mühüm institusional addımlar da Azərbaycana bu nəticəyə nail olmağa kömək etdi. Ən vacib məqamlardan biri bütün prosesin yüksək səviyyədə koordinasiya olunması idi. Digər mühüm məsələ isə regional idarəetmə modelinin yaradılması oldu. Bu məqsədlə xüsusi nümayəndəlik ofisləri formalaşdırıldı”.

R.Cahangirov bildirib ki, ümumilikdə 6 xüsusi nümayəndəlik ofisi fəaliyyət göstərir və bu prosesi idarə edir:

“Bu institutun yaradılması niyə vacib idi. Çünki qarşıda duran çağırış tamamilə unikaldır. Bu ənənəvi yerli idarəetmə modeli deyil. Bu hər gün tikintinin davam etdiyi, hər gün insanların geri qayıtdığı bərpa şəraitində idarəetmə modelidir. Bu, çox vacib məqamdır. İnsanlardan danışsaq, bütün prosesin əsas məqsədi insanların öz doğma torpaqlarında məmnun yaşamasını təmin etməkdir. Bu prosesin unikallığı ondadır ki, insanların getdiyi vaxtla geri qayıtdığı vaxt arasında çox böyük zaman fərqi var. Bu isə həm sosioloji, həm memarlıq, həm də urban planlaşdırma baxımından son dərəcə vacibdir”.

Seçilən
28
1
apa.az

2Mənbələr