AZ

Ədalət Vəliyev AMİP sədri ilə görüşüb



Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev tərəfindən qəbul edilib.

Newscenter.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə AMİP Mətbuat xidməti bildirib.

Keçirilmiş görüşdə Azərbaycanın son illərdə qazandığı böyük nailiyyətlər, eləcə də bu uğurların səbəbkarı olan Prezident İlham Əliyevin qətiyyəti nəticəsində davamlı şəkildə həyata keçirilən yeni siyasi konfiqurasiya haqqında fikir mübadiləsi aparıldığını deyən A.Əli-zadə bu görüşlərin partiyanın fəaliyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Seçilən
7
newscenter.az

1Mənbələr