Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola qızdırmasının regional səviyyədə yayılma riskinin yüksək olduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, regionda indiyədək təxminən 600 şübhəli yoluxma halı aşkarlanıb, virus səbəbindən ölənlərin sayı isə 139 nəfərə çatıb.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, Ebola virusunun qlobal miqyasda yayılma ehtimalı aşağı qiymətləndirilir.
Onun sözlərinə görə, Konqo Demokratik Respublikasında təsdiqlənmiş Ebola yoluxmaları son 24 saat ərzində 30-dan 51-ə yüksəlib.
Qeyd olunub ki, qonşu Uqandada isə hələlik yalnız iki yoluxma halı təsdiqlənib.
ÜST daha əvvəl Ebola epidemiyası ilə əlaqədar beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan etmişdi.
Təşkilatın məlumatına əsasən, Ebola virusunda orta ölüm göstəricisi təxminən 50 faiz təşkil edir.
Aminə ŞAHSUVARQIZI