AZ

Psixoloq, psixiatr və psixoterapevt - Kimə nə vaxt müraciət edək?

Bir çox insan psixoloji yardım üçün düzgün seçim edə bilmir və bu səbəbdən də müraciəti gecikdirir.

Publika.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya açıqlamasında psixoterapevt Aleksandr Kudryaşov bildirib.

Onun sözlərinə görə, üç sahə - psixiatr, psixoterapevt və psixoloq arasında əsas fərqləri bilmək düzgün müalicə üçün vacibdir:

Psixiatr ali tibb təhsilli həkimdir və ağır psixi pozuntularla məşğul olur. Depressiya, bipolyar pozuntu, şizofreniya, güclü narahatlıq və obsesiv hallar kimi vəziyyətlərdə diaqnoz qoyur və dərman müalicəsi təyin edir.

Psixoterapevt isə çox vaxt psixiatriya təhsilli, əlavə olaraq psixoterapiya üzrə ixtisaslaşmış həkim olur. O, həm dərman yaza, həm də danışıq terapiyası və müxtəlif psixoloji metodlarla uzunmüddətli müalicə apara bilir. Stress, travmalar, münasibət problemləri və emosional pozuntular zamanı daha çox psixoterapevtə müraciət edilir.

Seçilən
14
publika.az

1Mənbələr