AZ

Ekspert: Əlilliyi olan şəxslər idarəetməyə daha geniş cəlb edilməlidir

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Əlilliyi olan şəxslər idarəetməyə daha geniş cəlb edilməlidir.

APA xəbər verir ki, bunu UCLG-nin əlçatanlıq siyasəti üzrə eksperti Federiko Batista Poitier Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş “Əlçatanlığın hüdudlarından kənar: hamı üçün layiqli mənzil hüququnun təmin edilməsi" mövzusunda əlilliyi olan insanların hüquqları üzrə dəyirmi masada çıxışinda deyib.

Əlilliyi olan şəxslərin təşkilatlarının bir sıra şəhərlərdə idarəetmə proseslərində kifayət qədər təmsil olunmadığını qeyd edən ekspert bu qrupların qərarvermə mexanizmlərinə daha fəal inteqrasiyası istiqamətində beynəlxalq səviyyədə işlər aparıldığını deyib.

Poitier həmçinin “Cities for All” qlobal təşəbbüsünün şəhərlərdə inklüzivlik və əlçatanlıq siyasətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Ekspert əlavə edib ki, BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiyası mühüm hüquqi baza olsa da, əsas məqsəd onun prinsiplərinin yerli idarəetmə səviyyəsində konkret mexanizmlərə çevrilməsidir.

Onun fikrincə, şəhərlərin təqdim etdiyi xidmətlər hər bir vətəndaş üçün əlçatan olmalı və inklüziv şəkildə qurulmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
apa.az

2Mənbələr