AZ

"Əmin olmalıyıq ki, DÇ-yə altı həftəyə bəs edəcək sayda alt paltarı aparırıq" - Yulian Nagelsman

Futbol üzrə Almaniya millisinin baş məşqçisi Yulian Nagelsman bu yay keçiriləcək dünya çempionatındakı hədəfləri ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb:

"Bu turnirdə iştirak edən bütün komandalar qələbəyə hədəflənməlidir. Biz də həmçinin. Çantalarımızı vaxtından əvvəl toplamaq fikrimiz yoxdur, amma əmin olmalıyıq ki, DÇ-yə altı həftəyə bəs edəcək sayda alt paltarı aparırıq. Azarkeşlər dünya çempionatında əsl alman komandası kimi oynadığımızı desələr, çox razı qalacağıq".

E qrupunda yer alan Almaniya seçməsi Fil Dişi Sahili, Kyurasao və Ekvador yığmaları ilə mübarizə aparacaq.

Toğrul

Seçilən
21
1
fanat.az

2Mənbələr