AZ

BYD Bakı Mərkəzinin nümayəndələri E Journey 2026 beynəlxalq texnologiya səfərində

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

BYD Bakı Mərkəzinin əməkdaşları "E-Journey 2026" proqramı çərçivəsində Çində təşkil olunan beynəlxalq texnologiya səfərində iştirak ediblər. Səfər Azərbaycan, Gürcüstan, Özbəkistan, Tacikistan və Qazaxıstandan olan nümayəndələri bir araya gətirib. Proqramın əsas məqsədi iştirakçıları BYD-nin innovativ texnologiyaları, istehsal prosesləri və gələcəyin mobilite həlləri ilə yaxından tanış etmək olub.

Səfər çərçivəsində iştirakçılar Çinin Çjençjou şəhərində yerləşən BYD Di Space ekspozisiya mərkəzini ziyarət ediblər. Burada brendin dizayn fəlsəfəsi, istehsal yanaşması və texnoloji yenilikləri təqdim olunub. Xüsusilə Blade Battery, DM Super Hybrid və e-Platform 3.0 texnologiyaları təhlükəsizlik, enerji səmərəliliyi və ağıllı mobilite istiqamətində BYD-nin inkişaf strategiyasını nümayiş etdirib.

Proqramın ən diqqətçəkən məqamlarından biri BYD-nin ultra sürətli FLASH Charging texnologiyasının canlı təqdimatı olub. Təqdimat zamanı elektrikli avtomobilin batareyasının cəmi 5 dəqiqə ərzində 10%-dən 70%-ə qədər doldurulması nümayiş etdirilib. Bu texnologiya ilə təxminən 400 km yürüş məsafəsi əldə etmək mümkün olur.

İştirakçılar daha sonra BYD Zhengzhou Circuit test poliqonunda müxtəlif yol və hava şəraitlərində keçirilən dinamik sınaqları izləyiblər. Yüksək sürətli traslar, sürüşkən səthlər, su və buz zonaları, həmçinin off-road maneələri vasitəsilə avtomobillərin təhlükəsizlik və performans imkanları nümayiş etdirilib.

Xüsusi maraq doğuran təqdimatlardan biri isə YANGWANG U8 modelinin "Sky Sand Slope" adlanan 28 dərəcəlik qum təpəsində göstərdiyi performans olub. Modelin mürəkkəb relyefdə nümayiş etdirdiyi idarəetmə və dayanıqlıq imkanları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Səfər çərçivəsində nümayəndələr həmçinin BYD-nin Çjençjoudakı istehsal bazasını ziyarət ediblər. Dünyanın ən böyük yeni enerji avtomobil istehsal mərkəzlərindən biri hesab olunan zavod yüksək avtomatlaşdırılmış istehsal sistemi və inteqrasiya olunmuş texnoloji infrastrukturu ilə seçilir.

Proqramın sonunda keçirilən mətbuat konfransında "E-Journey 2026" çərçivəsində əldə olunan təcrübələr ümumiləşdirilib, BYD-nin innovasiya istiqamətləri və gələcək mobilite vizyonu ilə bağlı fikir mübadiləsi aparılıb.

"E-Journey 2026" səfəri bir daha göstərdi ki, BYD qlobal miqyasda texnologiya, istehsal və davamlı mobilite sahəsində lider mövqeyini gücləndirməyə davam edir. Elektrikli avtomobil sənayesi artıq "gələcəkdə olacaq" mərhələsini keçib. İndi məsələ odur ki, kim bu gələcəyə daha tez uyğunlaşacaq.

Qeyd edək ki, BYD Bakı Mərkəzi Azərbaycanda BYD brendinin rəsmi dileridir və SARDA Group şirkətlər qrupuna daxildir. BYD Bakı Mərkəzi Bakı şəhəri, Babək prospekti 49 ünvanında yerləşir. Müştərilər burada BYD modelləri ilə yaxından tanış ola, test sürüşü həyata keçirə və brendin təqdim etdiyi innovativ mobilite həlləri barədə ətraflı məlumat əldə edə bilərlər.

Əlaqə:

Instagram: www.instagram.com/byd.baku/

Ünvan: Babək prospekti 49

Əlaqə nömrəsi: 010 239 10 01

Qalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
baku.ws

1Mənbələr