AZ

Masallıda turizm mövsümünün açılışı ilə əlaqədar görüş keçirilib  

Masallının Qəriblər kəndində turizm obyektlərində mövsümə hazırlığın vəziyyəti ilə bağlı görüş keçirilib.

Rayon icra hakimiyyəti, ərazi nümayəndəlikləri, bələdiyyələr, həmçinin 11 saylı Masallı Regional Meşə Təsərrüfatı Mərkəzi və Mənzil Kommunal Təsərüfatı İstehsalat Birliyinin əməkdaşları və turizm obyektlərinin rəhbərlərinin iştirak etdikləri görüşdə çıxış edən RİH başçısının müavini A.Məhərrəmov deyib ki, rayona gələn qonaqlar üçün nümunəvi şəraitin yaradılması və onlara yüksək xidmətin göstərilməsi üçün obyektlərdə abadlıq işləri aparılmalı, reklam lövhələri bərpa edilməli və digər tədbirlər görülməlidir, daha doğrusu, artıq bu işlər başa çatdırılmalıdır. Söz alan turizm obyektlərinin rəhbərləri xüsusi ilə Qəriblər-İstisu yolunun əsaslı təmir olunmasının, yola və elektrik xətlərinə maneə yaradan ağacların budanmasının, elektrik təsəsrrüfatında olan fasilələrin aradan qaldırılmasının, ərazidə dezinfeksiya işlərinin aparılması və bulaqlardan axan sular üçün arxların bərpa edilməsinin vacib olduğunu qeyd ediblər.

Digər çıxış edənlər Masallının zəngin təbiəti, meşəlik və istirahət zonalarının rayonda turizmin inkişafı üçün geniş imkanlar yaratdığını vurğulayaraq turizm mövsümündə qonaqların rahat istirahətinin təmin edilməsinin vacibliyini qeyd ediblər. Bildirilib ki, turizm obyektlərində xidmət keyfiyyətinin artırılması, ətraf mühitin qorunması və mövcud infrastrukturun daim diqqətdə saxlanılması rayonun turizm potensialının daha da inkişafına mühüm töhfə verə bilər.

Seyran CAVADOV,

 “Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr