AZ

Şirvanda “Dövlət qulluqçularının etik davranış qaydaları”ndan söz açılıb  

Bu mövzu ilə bağlı şəhər icra hakimiyyətində keçirilən tədbiri giriş sözü ilə açan ŞİH başçısı aparatının sektor müdiri Məharət Mustafayev dövlət qulluğu sahəsində həyata keçirilən siyasətdən, habelə dövlətin idarə olunmasında və dövlət orqanlarının nüfuzunun artırılmasında dövlət qulluqçularının rolundan söz açıb. 

Bildirilib ki, hər bir dövlət qulluqçusu öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutmalı və bu qaydalara əməl etməlidir. Sonra çıxış edən ŞİH başçısı aparatının şöbə müdiri Aynur Vələdova nümunəvi etik davranışın dövlət qulluqçuları üçün bir norma kimi onların fəaliyyətində nəzərə alınmasının ən vacib tələblərdən biri olduğunu qeyd edib, tədbirin əsas məqsədinin dövlət qulluqçuları üçün mühüm məsələlərdən olan etik davranış qaydaları və onlara əməl edilməsi ilə bağlı müzakirələrin aparılması olduğunu diqqətə çatdırıb. Həmçinin “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunda göstərilmiş qayda və prinsiplər barədə ətraflı məlumat verərək vicdanlı və mədəni davranış, loyallıq, insanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, korrupsiyanın və maraqlar toqquşmasının qarşısının alınması, qərəzsizlik və digər etik davranış qaydalarına əməl olunmasının vacibliyini vurğulayıb. Eyni zamanda qeyd olunub ki, dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalı, öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməlidir.

Tədbirin sonunda etik davranış qaydaları barədə maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb. 

Seyran CAVADOV,

“Azərbaycan”

Seçilən
33
azerbaijan-news.az

1Mənbələr