AZ

Səhv zolaqda hərəkət edən sürücü az qala qəza törədəcəkdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın 8 Noyabr prospektində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə mayın 14-də saat 07:40 radələrində baş verib. Hərəkətdə olan 77-GD-430 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü yalnız sola dönməyə icazə verilən zolaqda hərəkətdə olduğu halda qəfil şəkildə sağ zolağa manevr edib. Bu zaman həmin zolaqda hərəkətdə olan nəqliyyat vasitəsi ilə toqquşma riski yaranıb.

Görüntüləri qeydə alan avtomobilin sürücüsü operativ reaksiya verərək baş verəcək qəzanın qarşısını ala bilib.

Qeyd edək ki, yol hərəkəti qaydalarına əsasən sürücülər zolaq üzrə hərəkət tələblərinə riayət etməli, yalnız icazə verilən istiqamətə uyğun manevr etməlidirlər. Sürücünün hərəkətdə olduğu zolaqdan qəfil və xəbərdarlıq etmədən digər zolağa manevr etməsi qəza şəraitini yaradan əsas amillərindən biri hesab olunur.

Nərmin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
avtosfer.az

1Mənbələr