AZ

DMX rəisi: Azərbaycanda miqrasiya siyasətində insanyönümlü yanaşma tətbiq edilir

Dünya Miqrasiya hesabatının 2026-cı il üzrə nəşrinə əsasən dünyada olan beynəlxalq miqrantların sayı 2024-cü il üçün 304 milyon nəfər olmaqla dünya əhalisinin təqribən 3.3 faizini təşkil edib.

APA xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov WUF13 çərçivəsində keçirilən “Miqrasiya və şəhərlər: Təhlükəsiz, innovativ və davamlı idarəetmə çərçivəsi” adlı sessiyada bildirib.

O qeyd edib ki, iki həftə əvvəl miqrasiya gündəliyi nəzərdən keçirilib: “Qanunauyğun miqrasiyanı müzakirə etdik. Yeni Şəhər Gündəliyi, inklüziv şəhərin inkişafı, qlobal şəhərlərin dayanıqlılığı miqrasiya üçün vacibdir. Miqrantlar bu prosesdə əhəmiyylətli rol oynayırlar. Şəhərlər dəyişillik astanasındadır. Miqrantlar sadəcə əmək münasibətlərinə təsir göstərmirlər, eyni zamanda bilik və yaradıcılığa təsir göstərirlər. Azərbaycanda miqrasiya siyasətində insanyönümlü yanaşma tətbiq edilir. Onlar üçün müvafiq imkanlar təmin edir ki, miqrantlar özlərini evində hiss etsin".

Seçilən
19
apa.az

1Mənbələr