AZ

Bu əlamətlər yod çatışmazlığından xəbər verə bilər

Endokrinoloq Tamila Ağayeva yod çatışmazlığının ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, həkim bu barədə aif.ru-ya danışıb.

O bildirib ki, yod orqanizmdə qalxanabənzər vəzin normal fəaliyyəti və hormon istehsalı üçün vacibdir.

Həkimin sözlərinə görə, yod çatışmazlığı yorğunluq, zəiflik, depressiya, çəki artımı, yaddaş zəifləməsi və diqqət azalması ilə özünü göstərə bilər. Bundan başqa, boyunda narahatlıq, öskürək və udma çətinliyi də yarana bilər.

Mütəxəssis qeyd edib ki, ağır hallarda qalxanabənzər vəz böyüyə və düyünlər əmələ gələ bilər. O vurğulayıb ki, həm yod çatışmazlığı, həm də artıq yod hormonal pozğunluqlara səbəb olur.

Tamila Ağayeva yod çatışmazlığının qarşısını almaq üçün yodlaşdırılmış duzdan istifadə etməyi və düzgün qidalanmağa diqqət yetirməyi tövsiyə edib. O, xüsusilə hamilə qadınların, uşaqların və qalxanabənzər vəzi xəstəliyi olan insanların yod səviyyəsini nəzarətdə saxlamasının vacib olduğunu bildirib.

Aytəkin TOFİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr