AZ

İngiltərəni Almaniyaya dəyişə bilər

Münhen “Bavariya”sı “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol ilə müqavilə imzalamağa hazırlaşır.

Msport.az xəbər verir ki, Münhen klubu xorvat mərkəz müdafiəçisi ilə maraqlanır.

“Bavariya”nın keçmiş kapitanı və futbol mütəxəssisi Lotar Matteus xəbəri təsdiqləyərək klubun artıq ilkin rəsmi sorğular apardığını qeyd edib.

“Bavariya” hesab edir ki, Qvardiol əvvəllər “RB Leypsiq”də oynadığı Bundesliqaya qayıtmağı nəzərdən keçirə bilər.

Bu mövsüm müdafiəçi İngiltərə klubunda 24 oyunda meydana çıxıb, iki qol vurub və beş məhsuldar ötürmə edib. Transfermarkt onun dəyərini 70 milyon avro olaraq qiymətləndirir.

Seçilən
10
msport.az

1Mənbələr