AZ

Səhiyyə Nazirliyi Travmatologiya İnstitutunun statistikasını açıqladı

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən 2026-cı ilin yanvar–may ayları üzrə qəbul şöbəsinin fəaliyyəti ilə bağlı statistik göstəricilər açıqlanıb. 

Adalet.az xəbər verir ki, bu statistikanı Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini-Baş həkim Nizami Məmmədov açıqlayıb. 

Onun sözlərinə görə, qeyd olunan dövr ərzində instituta ümumilikdə 9989 nəfər müraciət edib:

“Bu da gün ərzində orta hesabla təxminən 72 travma xəstəsinin qəbul olunduğunu göstərir. Müraciət edənlərdən 3341 nəfəri uşaq olub. Onların 2308-ni oğlan, 1033-nü isə qız uşaqları təşkil edib. Böyüklər üzrə müraciət sayı isə 6648 nəfər olub ki, bunlardan 3691 nəfəri kişi, 2957 nəfəri qadındır".

Baş həkim qeyd edib ki, statistik göstəricilər göstərir ki, ən çox müraciət məişət və küçə travmaları ilə bağlı qeydə alınıb:

“Eyni zamanda, uşaqlar arasında travma hallarının yüksək payı diqqət çəkir. İnstitut tərəfindən vətəndaşlara təhlükəsizlik qaydalarına əməl olunması, xüsusilə yol hərəkəti, məişət və məktəb mühitində diqqətli davranılması tövsiyə olunur”.

Seçilən
17
2
adalet.az

10Mənbələr