AZ

Pakistanlı nazir: İqlim böhranının yaratdığı kütləvi miqrasiya ciddi sosial problemlərə səbəb olur

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 may, AZƏRTAC

İqlim böhranının yaratdığı kütləvi miqrasiyanın ciddi sosial problemlərə səbəb olur. Mövcud yanaşma və mexanizmlər artıq effektiv nəticə vermir.

AZƏRTAC xəbər verir ki, bu barədə Pakistanın iqlim dəyişikliyi naziri Musadik Malik Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində təşkil olunan biznes dəyirmi-masasında deyib.

Nazir bildirib ki, təbii fəlakətlər və dağıntılar nəticəsində milyonlarla insan yaşayış yerini itirib və bu, ciddi mənzil çatışmazlığı yaradıb. Hazırda ölkədə təxminən 10 milyon mənzilə ehtiyac olduğu qeyd edilib.

Musadik Malik bildirib ki, təxminən 52 milyon insan mənzil baxımından həssas vəziyyətdə yaşayır. Bəzi hallarda hesablamalar, qiymətləndirmələr və məlumat araşdırmaları aylarla, hətta illərlə davam edir. Bu müddətdə isə uşaqlar və ailələr ağır yaşayış şəraitində qalmaqda davam edir.

Müxbirlər - Pərvanə Qafarova, Aydan Həsənli

Fotoqraf - Tofiq Babayev

Operator - Ələkbər Baxşıyev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
9
2
azertag.az

3Mənbələr