ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İsrail koalisiyası parlamenti (Knesset) buraxmağa başlamaq üçün səs verib.
Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” məlumat yayıb.
“Qanun layihəsi ilkin oxunuşdan keçib və indi komitəyə göndərilir. Bundan sonra isə erkən seçkilərin keçirilməsi üçün daha üç oxunuş tələb olunacaq.
Hazırda 27 oktyabra təyin olunmuş seçkilər sentyabr və ya oktyabrın ortalarına çəkilə bilər”, - məlumatda bildirilib.
Qeyd olunur ki, bu təsdiq faktiki olaraq İsraildə erkən parlament seçkilərinə aparan prosesin başlanğıcıdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.