JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Mərkəzi Bankın sədri Taleh Kazımov beşinci Yüksəliş müsabiqəsinin qalibləri Şəhriyar Həsənverdiyev və Fatimə Eyyub ilə növbəti görüşünü keçirib.

Görüş zamanı müsabiqə qalibləri üçün hazırlanmış fərdi inkişaf proqramı, eləcə də onların peşəkar inkişafının dəstəklənməsi, strateji düşüncə və liderlik bacarıqlarının gücləndirilməsi istiqamətində nəzərdə tutulan fəaliyyətlər müzakirə olunub. Bununla yanaşı, sədr Taleh Kazımov maliyyə sektorunda müasir çağırışlar, rəqəmsal transformasiya və innovativ idarəetmə yanaşmaları barədə fikirlərini qaliblərlə bölüşüb.

Görüşdə həmçinin Mentorluq proqramının səmərəli icrası üçün Mərkəzi Bank tərəfindən zəruri dəstəyin göstəriləcəyi qaliblərin diqqətinə çatdırılıb.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX