AZ

UN-Habitat: WUF13 COP29 kimi Bakıda yeni urbanistik istiqaməti daha da gücləndirə bilər

Bakıda COP29 yeni velosiped marşrutlarının, xüsusi avtobus zolaqlarının yaradılmasına, şəhərin mərkəzində Xaqani bağının yenilənməsinə və 28 May ərazisinin yenidən qurulmasına təkan verdi. Bunlar şəhərdə insan mərkəzli dizaynın mümkün olduğunu göstərir.

APA xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave WUF13 çərçivəsində “Yeni Şəhərsalma Gündəliyinə Həyat Vermək: Hava Keyfiyyətinin və Yaşıl İnfrastrukturun Dayanıqlı Şəhərlərə inteqrasiya edilməsi” adlı konfransda çıxışında deyib.

“Bu layihələr xüsusilə bu şəhərdə yeni urbanistik istiqamətin göstəricisidir və mən bunu yüksək qiymətləndirirəm. Bu baxımdan WUF13 həmin istiqaməti daha da gücləndirə bilər. Bu, yalnız forumun enerjisini davamlı öhdəliklərə çevirə bilsək baş verə bilər. Mən tez-tez COP kimi böyük beynəlxalq tədbirlərin konkret və davamlı irs yaratmasının vacibliyindən danışıram”, - Soave qeyd edib.

UN-Habitat nümayəndəsi vurğulayıb ki, mənzil siyasəti, mobillik, iqlimə uyğunlaşma, tullantıların idarə olunması və ictimai məkanların dizaynı vahid sistem kimi idarə olunmalıdır.

Onun sözlərinə görə, şəhərsalma yalnız infrastruktur məsələsi deyil, həm də ictimai sağlamlıq və sosial rifah məsələsidir.

Seçilən
29
1
apa.az

2Mənbələr