AZ

Paşinyanın Putin və Rusiya haqda dediyi sözlər ŞOK ETDİ

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Rusiya ilə münasibətlərdə “Ermənistanın maraqlarına zərər verə biləcək hər hansı kəskin addımlar” atmayacaq.

KONKRET.az xəbər verir ki, Erməni mətbuatının məlumatına görə, Paşinyan hakim “Vətəndaş Müqaviləsi” partiyasının Lori vilayətində keçirdiyi seçki təbliğatı zamanı Rusiya ilə münasibətlərə dair açıqlama verib.

O, qeyd edib ki, 2018-ci ildən bəri Rusiya Prezidenti ilə təxminən 200 telefon danışığı olub və Moskva ilə münasibətlər “dostluq xarakteri daşıyır”.

“Rusiya superdövlətdir və ona hörmətlə yanaşmaq lazımdır. Mən həm Rusiyaya, həm prezidentə, həm də hökumətə hörmətlə yanaşıram və onlara demişəm ki, Ermənistanın maraqlarına zərər verəcək heç bir addım atmayacağıq”, – Paşinyan bildirib.

Bununla yanaşı, o, vurğulayıb ki, Ermənistan öz milli maraqlarını Rusiya maraqlarından aşağı qoymayacaq və Moskva ilə açıq qarşıdurmaya getmək niyyətində deyil.

Paşinyanın sözlərinə görə, yüksək səviyyəli dialoq bundan sonra da davam etdiriləcək.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
17
1
konkret.az

2Mənbələr