Artıq dünyada ölkələr binaları “ağıllı” yanaşma ilə tikməli və bunun hesabına enerji xərclərini azaltmalıdır.
APA xəbər verir ki, bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Dayanıqlı İnfrastruktur Qrupunun Enerji Effektivliyi üzrə baş mütəxəssisi Bojan Boqdanoviç Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Dekarbonizasiya olunmuş, davamlı və yerli mənbəli evlərin çatdırılması” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, “ağıllı binalar”ın inşası həm əlçatan mənzil təminatına töhfə verir, həm də enerji istehlakını və xərclərini azaldır.
“Bu yanaşma şəhərlərin böhranlara daha davamlı şəkildə inkişaf etməsinə kömək edir. Bu gün əsas diqqət iqlim dəyişikliyini və resurs istifadəsini artırmadan, eyni zamanda bərabərsizlik yaratmadan genişmiqyaslı əlçatan mənzil həllərinin hazırlanmasına yönəlməlidir”, – deyə o vurğulayıb.
EBRD nümayəndəsi qeyd edib ki, bankın əsas missiyası investisiya vasitəsilə həyatları dəyişməkdir:
“Bizim məqsədimiz yaxşı ideyaları geniş miqyasda tətbiq oluna bilən və investisiya üçün cəlbedici layihələrə çevirməkdir”.