AZ

Avropa Parlamentinin üzvü Kallasın əvəzlənməsini təklif etdi

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernan Kartayzer, Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Kaja Kallasın vəzifəsindən azad edilməsini təklif edib.

Bizimyol.info xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsində yazıb.

“Bizdə kadrlarla bağlı problemlər var. Avropa İttifaqının diplomatiyasına cavabdeh olan Kallas xanım, yumşaq desək, heç də diplomatik deyil. Onu başqası ilə əvəzləmək lazımdır, amma bu çox çətindir. Ali nümayəndənin əvəzlənməsi Avropa Komissiyasının tərkibində ciddi dəyişikliklər deməkdir,” – deyə o qeyd edib.

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Avropa Komissiyasının üzvü və komissar hesab olunur və bu status onun portfel bölgüsü qaydalarına tabe olduğunu göstərir (hər ölkədən yalnız bir komissar). Kartayzer bildirir ki, indiki Avropa Komissiyası tərkibində Kallas yalnız digər bir eston ilə əvəz edilə bilər; əks halda, bu posta başqa bir Avropa İttifaqı vətəndaşını təyin etmək üçün Komissiya daxilində portfellərin yenidən bölgüsü və digər komissarların dəyişdirilməsi tələb olunur.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
icma.az

1Mənbələr