AZ

"Barselona"nın ulduzu "Real"dakı davaya qarışdı - "Arbeloa səhvə yol verib"

"Barselona"nın ulduzu Qavi "Real Madrid"in futbolçuları Federiko Valverde və Ourelye Tçuameni arasında yaşanan davaya münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, "Marca" yarımmüdafiəçinin fikirlərini belə çatdırıb:

"Məşq zamanı komanda yoldaşları arasında həmişə dava-dalaş olur. Reallıq budur və bu, rəqabət ruhudur. Belə çəkişmələr müəyyən dərəcədə yaxşıdır. Amma məsələ fiziki zorakılıqdan gedirsə, baş məşqçi Alvaro Arbeloa həmin futbolçuların oynamasına icazə verməməlidir. Valverde və Tçuameni dalaşıblarsa, fikrimcə, məşqçi fransız futbolçunu n oynamasına icazə verməklə səhv edib. Amma əslində nə baş verdiyini bilmirəm".

Federiko Valverde ilə Ourelye Tçuameni məşqdə dalaşıblar. Uruqvaylı davada kəllə-beyin travması alıb.

Mirağa

Seçilən
5
1
fanat.az

2Mənbələr