AZ

Qurban ətini niyə salafana qoymaq olmaz?

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qurbanlıq ətin kəsilməsindən sonra edilən bəzi səhvlər qısa müddətdə onun xarab olmasına yol açır. İsti hava şəraitində saxlanma qaydalarına düzgün əməl edilməməsi ciddi risklər yaradır.Demokrat.az xəbər verir ki, İstanbul Pərakəndəçi Qəssablar Dünyası Nümayəndəsi Əli Güla qurbanlıq ətlərin isti buxarı olduğunu və onların birbaşa torbaya qoyulmasının yolverilməzliyini bildirib. Onun sözlərinə görə, ət 2-3 saat dincəlməli və buxarını atmalıdır. İsti əti torbaya qoyub soyuducuya yerləşdirdikdə alt və üst hissəsi donsa da, orta qismi nəmlənib göyərir və xarab olur. İsti havalarda bu proses daha da sürətlənir.Əli Güla qurbanlıq seçərkən qoyun və keçilərdə yaranın, şikəstliyin olmamasına diqqət yetirməyin vacibliyini vurğulayıb. Eyni qaydalar iribuynuzlu heyvanlara da aiddir. Heyvanların yaş həddinə və sağlamlığına xüsusi nəzarət edilməlidir. Kəsim prosesinin isə peşəkar qəssablar tərəfindən aparılması həm ətin, həm də dərinin ziyan olmasının qarşısını alır.O, kəsilən qurbanlıqların hissələrə bölünməsi və paylanması üçün də qəssablara müraciət etməyi məsləhət görüb. Bildirilib ki, peşəkarlar ətin qiyməlik və tikəlik hissələrini düzgün ayırır, antrikot, bel və digər hissələrini bərabər bölürlər. Bu üsulla ətlər daha təmiz, bərabər və ədalətli şəkildə paylanmağa hazır vəziyyətə gətirilir.Aytən

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
45
demokrat.az

1Mənbələr