AZ

Moskva və Pekin Yaponiyanı sülhə təhdid hesab edir

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva və Pekin Tokionun sürətləndirilmiş remilitarizasiya kursunu sülh və sabitliyə ciddi təhdid hesab edirlər.

Ölkə.az xəbər verir ki, bu barədə Rusiya-Çin danışıqlarından sonra Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin arasında imzalanan Çoxqütblü dünyanın və yeni tipli beynəlxalq münasibətlərin qurulması haqqında Bəyannamədə əskini tapıb. "Yaponiyanın hazırkı sürətləndirilmiş remilitarizasiya kursu regionda sülh və sabitliyə ciddi təhlükə yaradır və beynəlxalq ictimaiyyət və region ölkələri bundan dərin narahatlıq keçirir", - sənəddəqeyd olunub.

Moskva və Pekin  Yaponiya hökumətini öz təcavüz tarixinin qeyri-insani səhifələrindən dərs çıxarmağa, İkinci Dünya Müharibəsinin nəticələrini tam olaraq tanımağa və artıq dünya xalqlarına və Yaponiyanın özünə kədər və əzab gətirən yeni militarizm və remilitarizasiyadan imtina etməyə çağırıblar. 

 Sənəddə eyni zamanda Moskva və Pekin Şimali Koreyaya  qarşı təzyiqlərə, o cümlədən xarici siyasətdə təcrid və sanksiyalara  qəti şəkildə qarşıçıxdıqlarını bəyan ediblər.

Sənəddə Suriya məsələsi də əskini tapıb.

Moskva və Pekin eyni zamanda Suriyanın bütövlüyünü və suverenliyini dəstəkləyir: "Tərəflər Suriyanın milli suverenliyini, müstəqilliyini, birliyini və ərazi bütövlüyünü müdafiə etməsini dəstəkləyir və hesab edirlər ki, Suriya keçid hökuməti terrorizm və ekstremizmin bütün formalarına qarşı qətiyyətlə mübarizə aparmalıdır".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
3
olke.az

4Mənbələr