AZ

Si Cinpin Rusiya Prezidenti ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, bundan əvvəl Rusiya nümayəndə heyəti üçün Tiananmen meydanında rəsmi qarşılanma mərasimi təşkil olunub.

Hazırda tərəflər arasında danışıqlar aparılır.

Qeyd edək ki, Vladimir Putin mayın 19-da Çinə ikigünlük rəsmi səfərə gəlib.

Seçilən
21
8
yeniazerbaycan.com

10Mənbələr