AZ

Bir qrup şəxs “Tərəqqi” medalı ilə təltif edildi

BAKI, 20 may. TELEQRAF

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan metrologiya sahəsinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif ediliblər:

Bayramov Elnur Üzeyir oğlu

Bayramov Rasim Əhməd oğlu

Əzizov Əziz Məhəmməd oğlu

Həsənov Ramiz Qaroğlan oğlu

Qurbanov Azər Tengiz oğlu

Musayeva Şəhla Ziyəddin qızı

Osmanov Çingiz Məsim oğlu

Şirinov Namiq Paşa oğlu

Şirinova Mehriban Ramiz qızı.

Seçilən
164
46
teleqraf.com

10Mənbələr