AZ

Esteban Leon: Şəhərlərin dayanıqlılığı olmadan qlobal böhranların qarşısını almaq mümkün deyil

Potensial risk və təhdidlər nəzərə alınmadan şəhərlərin inkişafı artıq kifayət etmir. Bunu BMT-nin Şəhər Dayanıqlığı üzrə Qlobal Proqramının rəhbəri Esteban Leon bildirib.

O, çıxışı zamanı qeyd edib ki, 2015-ci ildən etibarən dünya əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır və dayanıqlı şəhərlər qurulmadığı təqdirdə bəşəriyyət davamlı şəkildə özünün yaratdığı böhranlarla mübarizə aparmalı olacaq.

“Əgər biz dayanıqlı şəhərlər inşa etməsək, o zaman özümüzün yaratdığı böhranların arxasınca qaçmağa davam edəcəyik”, -  Leon bildirib.

Onun sözlərinə görə, bu yanaşma əsasında şəhərlərin dayanıqlılıq səviyyəsini qiymətləndirmək üçün xüsusi metodologiya hazırlanıb. Metodologiya çərçivəsində şəhərlərdə məlumatlar toplanır, diaqnostik qiymətləndirmə aparılır və nəticələrə əsasən konkret fəaliyyət tövsiyələri hazırlanır.

Leon vurğulayıb ki, müxtəlif regionların xüsusiyyətləri nəzərə alınaraq metodologiya fərqli şəhər kontekstlərinə uyğunlaşdırılır. Bu istiqamətdə Sibirin Yakutsk şəhəri ilə əməkdaşlıq xüsusi təcrübə kimi qeyd olunub.

O, 2019-cu ilin yanvarında Yakutska səfərini xatırladaraq bildirib ki, şəhərdə hava temperaturu mənfi 45 dərəcə olsa da, sakinlərin qonaqpərvərliyi və isti münasibəti xüsusi təəssürat yaradıb.

“İnsanlar isti olanda, hər şey isti olur”, -  Esteban Leon əlavə edib.

Gülnar Nazimqızı

Seçilən
29
1
anews.az

10Mənbələr