AZ

Pərvanə Vəliyeva: Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır

Pərvanə
Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır. 1news.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva WUF13 çərçivəsində keçirilən "Şəhər-Sənaye-İqlim Qarşılıqlı Əlaqəsində mənzil və binaların karbonsuzlaşdırılmas" adlı tədbirdə deyib.
O, Azərbaycanı Avropa və Asiya arasında "qapı" kimi dəyərləndirib: "Bizim həm Rusiya, həm də İranla sərhədimiz var. Hazırda hər iki ölkədə müharibə gedir. Lakin Azərbaycan təhlükəsiz ölkədir, ABŞ və digər dövlətlərlə əməkdaşlıq edir. Qeyd edim ki, ekoenerji mövzusunda insan faktoru, həmçinin xüsusi mərkəzlərlə işləmək çox önəmlidir. Biz hüquqi və fiziki şəxslər qismində investorları dəstəkləyirik. Onlara müxtəlif güzəştlər edilir və vergilərdən azad olunurlar. Azərbaycanda investorlar 30 il müddətə vergidən azad olunurbar".

P.Vəliyeva daha sonra Azərbaycan və Ermənistan arasında nizamlama prosesinin yaratdığı imkanlara da toxunub: "Azərbaycanın Ermənistanla sülh şəraitində yaşaması turizmin inkişafına zəmin yaradır".

Seçilən
39
1
1news.az

2Mənbələr