AZ

Ukraynada prezident seçkilərinin mümkün tarixi açıqlanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 20 may, AZƏRTAC

Ukraynada prezident seçkiləri gələn il keçirilə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti ofisinin müşaviri Mixail Podolyak “Telegram” kanalında açıqlayıb. “Ukraynada seçkilər 2027-ci ilin yazında keçirilə bilər”, - deyə Podolyak bildirib. Onun sözlərinə görə, əgər sülh razılaşması əldə olunarsa, hadisələrin bu cür inkişaf perspektivi mümkündür.

Bir müddət öncə Rusiya Dövlət Dumasının beynəlxalq işlər komitəsi sədrinin birinci müavini Dmitri Novikov Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh razılaşması ilə bağlı bütün təklifləri rədd etdiyini bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
2
azertag.az

3Mənbələr