
Çin və ABŞ nümayəndə heyətləri hər iki tərəf üçün ən azı 30 milyard dollar dəyərində məhsullara qarşılıqlı tarif endirimlərini müzakirə edəcəklər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi məlumat verib.
Çin Ticarət Nazirliyi aydınlıq gətirib ki, qarşılıqlı maraq doğuran müəyyən mallar üçün ən çox əlverişli dövlət tariflərinin və ya daha aşağı tariflərin tətbiq edilməsi gözlənilir.
Nazirliyin məlumatına görə, bu razılaşmaların həyata keçirilməsi təkcə Çin və ABŞ arasında ikitərəfli ticarətin sabitləşməsinə və genişlənməsinə töhfə verməyəcək, həm də qlobal, açıq əməkdaşlıq üçün faydalı bir nümunə olacaq.