Hindistan 1 milyarddan çox əhaliyə, 28 ştata malikdir və ekoenerji həllərinə üstünlük verir.
“UNIDO-nun Hindistanda həyata keçirdiyi şəhər–sənaye inteqrasiya layihəsi Bhopal, Guntur, Jaipur, Vijayawada və Mysore şəhərlərini əhatə edir”.
Teleqraf xəbər verir ki, bunu WUF13-də UNIDO Hindistanın baş texniki məsləhətçisi Dr. Sinqh “Şəhər-sənaye tətbiqi: Hindistan üzrə nümunə tədqiqatı” mövzusunda çıxışında deyib.
O vurğulayıb ki, burada məqsəd istixana qazı emissiyalarının azaldılması və təmiz enerji mənbələrinin genişləndirilməsidir:
“UNIDO-nun Hindistanda gördüyü işlər göstərir ki, şəhər və sənaye planlaması birlikdə aparılanda mənzil və yaşayış keyfiyyətinə birbaşa təsir edir.
Təşəbbüs çərçivəsində həmçinin tullantı sularının təmizlənməsi və onlardan bioqaz və bio-CNG istehsalı həyata keçirilir. Bu yanacaq növləri əvvəllər dizel istifadə edən bələdiyyə nəqliyyatında tətbiq edilərək emissiyaların azaldılmasına töhfə verib”.