AZ

Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək

Bu il İçərişəhərdə 26 iri festivalın keçirilməsi nəzərdə tutulub.

Bunu  açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Rüfət Mahmud bildirib.

"Müvafiq mobil tətbiqdə siz artıq bütün informasiyanı əldə edə bilərsiniz", - deyə o qeyd edib.

Bundan başqa, sədr deyib ki, İçərişəhərdə bir çox yeniliklər gözlənilir:

"Muzeylərin yeni ekspozisiyalarının üzərində işlər aparılır. Ziyarətçilər üçün interaktiv sərgilənmə tətbiq olunacaq ki, onlarda unudulmaz təəssüratlar yaransın. Eyni zamanda Qala Qoruğu ilə bağlı ayrıca inkişaf strategiyası hazırlanılır. Oranın potensialı çox böyükdür. Hazırda özəl sektorla danışıqlar aparılır ki, burada mütəmadi tədbirlər keçirilməsi, muzeylərin təmiri, bərpa olunması, yeni yanaşmaların tətbiq olunması nəzərdə tutulsun".

İş elanları AzVak.az-da

© "Report"

iceri sehericeri seher festivallariiceri seherde 26 festivalbaki festivallari 2026iceri seher dovlet tarix memarliq qoruğurufet mahmud aciqlamaiceri seher tedbirleriiceri seher mobil tetbiqiceri seher muzeyleriyeni muzey ekspozisiyalariinteraktiv sergilerbaki turizm mekaniiceri seher turizm potensialiqala qoruğu inkisaf strategiyasiqala qoruğu layihesibakida kultur tedbirleriiceri seherde turizm inkisafiiceri seherde sergiler ve festivallarbaki tarixi mekanlarazerbaycan turizm layiheleriiceri seherde yeniliklerbakida turizm attraksiyalarikultur irsinin qorunmasiiceri seher ziyarətcilər üçün yeniliklər
Seçilən
42
4
marja.az

5Mənbələr