AZ

"Almaniya millisi favoritdən daha çox iddiaçıdır" - Naqelsmann

style='margin-bottom:10px;'>

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann DÇ-2026  ilə bağlı danışıb.

QOL.az FİFA-nın saytına istinadən xəbər verir ki, o, komandasını turnirin əsas favoriti hesab etmədiyini bildirib:

“Ümumilikdə Almaniya millisi hər zaman intensiv və fiziki oyun üslubu ilə seçilib. Ola bilsin ki, son illərdə bunu bir qədər itirmişik. Müasir futbolun təsirini qəbul etməli və soyuqqanlı davranmalıyıq.

Mən turnirə bizi favoritdən çox iddiaçı kimi görərək başlayıram. Bu isə bizim üçün müsbət məqam ola bilər. Həyatın digər sahələrində olduğu kimi, burada da hər şey inamdan keçir. Futbolçularına və onların yaxşı nəticə göstərəcəyinə inanmalısan”.

Qeyd edək ki, Almaniya millisi DÇ-2026-nın E qrupunda Kot-d'İvuar, Ekvador və Kyurasao ilə qarşılaşacaq.

Seçilən
41
1
teleqraf.com

2Mənbələr