AZ

SPECA Şəhərlər Forumu həmrəylik və tərəfdaşlıq platformasıdır

WUF13-ün 4-cü günündə “SPECA Forumu: inklüziv və dayanıqlı şəhər gələcəyi üçün mənzil həlləri” adlı tədbir keçirilir.

Musavat.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib ki, bu gün şəhərlər artıq yalnız iqtisadi fəaliyyətin və əhali artımının mərkəzləri deyil:

“Şəhərlər iqlim dayanıqlığının, enerji səmərəliliyinin, rəqəmsal transformasiyanın, sosial inklüzivliyin və davamlı şəhər idarəçiliyinin təmin edilməsində ön sıradadırlar. SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatı üzrə Xüsusi Proqramı) regionunda şəhərlər dərin urbanizasiya və transformasiya prosesindən keçir. Sürətli urbanizasiya, demoqrafik artım, iqtisadi keçid və iqlim təzyiqləri şəhərlərimizin inkişaf və fəaliyyət formasını müəyyənləşdirir. Mərkəzi və Qərbi Asiya boyunca şəhər mərkəzləri iqtisadi inkişafın, innovasiyanın, əlaqələndirmənin və regional əməkdaşlığın getdikcə daha mühüm hərəkətverici qüvvəsinə çevrilir. Eyni zamanda şəhərlərimiz əlçatan mənzil təminatı, dayanıqlı infrastruktur, səmərəli ictimai xidmətlər və davamlı torpaq idarəçiliyi ilə bağlı artan tələblərlə üz-üzədir. Region üzrə bir çox yaşayış binaları müasir enerji səmərəliliyi və seysmik standartlar tətbiq olunmazdan əvvəl inşa edilib. İqlimlə bağlı risklər güclənir, şəhər əhalisi isə artmaqda davam edir. Bu çağırışlar regionumuz üçün ortaqdır, imkanlar da həmçinin”.

A.Quliyev vurğulayıb ki, COP29 çərçivəsində SPECA Şəhərlər Forumunun yaradılması region daxilində daha güclü şəhər əməkdaşlığına dair ortaq baxışı nümayiş etdirdi. “SPECA Şəhərlər Forumu sadəcə institusional mexanizm deyil, bu, həmrəylik, tərəfdaşlıq və praktiki əməkdaşlıq platformasıdır”, deyə komitə sədri bildirib.

Nigar Həsənli
Musavat.com

Seçilən
72
musavat.com

1Mənbələr