AZ

Bu maşının birinci texniki baxışı təzə avtomobil qiymətinədir FOTOLAR

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

1063 at gücündə olan “Mercedes-AMG One” avtomobilinin birinci texniki baxışı 38 min avroya (76 000 AZN) başa gəlib.

Avtosfer.az xəbər verir ki, maşının sahibi hava filtrinə 1873 avro, yağ filtrinə 2300 avro ödəyib. Yağ karterinin tıxacı 150 avro, yağ isə 560 avro dəyərindədir. 

Ən bahalı olan servis puludur. Avropada baş vermiş bu prosesdə maşının birinci texniki baxışı üçün 80 saat sərf edilib. Bir saatı 395 avrodan hesablanan iş haqqı 31 600 avro təşkil edib.

Avtomobil cəmi 185 kilometr qət edib. Sahibinin sözlərinə görə maşın ümumiyyətlə sürülməyib. Odometrdəki göstərici zavod sınağı və daşınma zamanı qət edilmiş məsafədir.

Vüqar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
avtosfer.az

1Mənbələr