Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Bugün Şuşada 1411 nəfər keçmiş məcburi köçkün məskunlaşıb. Bu il şəhərə köç planlaşdırılmır”.
Gununsesi.info bildirir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib:
“Qeyd olunduğu kimi, yaşayış binalarının tikintisi davam edir və gələn ildən geniş köçün həyata keçirilməsi nəzərdə tutulur.
Bu il isə Şuşa rayonunun iki kəndinə — Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinə, tikinti-bərpa işləri başa çatmaq üzrə olan ərazilərə bir sıra ailələrin köçürülməsi planlaşdırılır. Hazırlıq işləri də bu istiqamətdə davam etdirilir.
Eyni zamanda, Turşsu qəsəbəsinin yeni layihə əsasında sıfırdan tikintisinə başlanması nəzərdə tutulur. İşlərin bu il start götürəcəyi, gələn il isə həmin əraziyə köçün mümkün olacağı bildirilir.
Şuşa yaxınlığında yerləşən Daşaltı kəndi də yeni turizm infrastrukturu ilə yenidən qurulacaq. Kəndin inşasına bu yay başlanması planlaşdırılır və layihənin özəl investisiyalar hesabına həyata keçirilməsi nəzərdə tutulur.
Bundan başqa, bölgədə turizm marşrutları da formalaşdırılıb. Ziyarətçilər üçün piyada gəzinti yolları hazırlanıb və müəyyən turizm məkanlarına səfər imkanları yaradılıb”.
Şəbnəm Rəhimova
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.