AZ

Vüqar Bayramov Avropa Liqasında Azərbaycan yığmasının kapitanı olacaq

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Vüqar Bayramov Avropa Liqasında iştirak edəcək Azərbaycanın kişi voleybolçulardan ibarət yığmasının kapitanı olacaq.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komandanın yekun heyəti haqqında məlumatın isə yaxın günlərdə veriləcəyi bildirilib.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi Avropa Liqasına iyunun 6-da İsveçdə start verəcək. Komanda ilk mərhələdə Yunanıstan və İsveçlə münasibətləri aydınlaşdıracaq. Növbəti mərhələdə rəqiblər Rumıniya və İspaniya yığmaları olacaq. Boris Qrebennikovun rəhbərlik etdiyi komanda Azərbaycanda təşkil ediləcək mərhələdə isə Macarıstan və Portuqaliya ilə qarşılaşacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
5
cebheinfo.az

6Mənbələr