AZ

Paşinyan canlı yayımda SÖYÜŞ SÖYDÜ: Onları təhqir etdi - VİDEO

Paşinyandan müxalifətə ağır təhqirlər: "Şalvarlarına batırıb, Ferrari sürəti ilə qaçdılar"
Ermənistanın baş naziri Nikol Paşinyan öz ünvanına təhdid dolu videonun yayılmasından sonra rusiyayönümlü müxalifəti sərt şəkildə hədəf alıb.

Musavat.com xəbər verir ki, sözügedən videoçarx maskalı və Qarabağ ermənilərinin ləhcəsi ilə danışan şəxslər tərəfindən qeydə alınıb.

Hökumətin iclasında çıxış edən Paşinyan hiddətini gizlədə bilməyərək müxalifət nümayəndələrini ağır sözlərlə təhqir edib:

"Ay rəzillər, o maskalarınızı çıxarın! Maskalarınızı bir-bir cıraram! Müharibədən Ferrari sürəti ilə qaçırdılar. Bilirsiniz niyə maskadadırlar? Çünki maskalarını çıxarsalar, görəcəyik ki, bunlar vaxtilə şalvarlarına batırıb qaçan və əsgərlərimizi tək qoyanlardır... Qorxaqlar, çıxarın maskalarınızı!

Siz bizim övladlarımızı mövqelərdə qoyub qaçmısınız... Alçaqlar, xainlər! Hər birinizi bir-bir tapacam, maskalarınızı cıracam və qarşımda diz çökdürəcəm".

Musavat.com

Seçilən
9
musavat.com

1Mənbələr