Demokrat.az saytına istinadən ain.az xəbər verir.
Şəmkirdə qohumlar arasında yaranan mübahisə qanla bitib. Kəndlərdən birində baş verən hadisə zamanı əmioğlanları əlbəyaxa olub.Demokrat.az xəbər verir ki, 1974-cü il təvəllüdlü Əli sərxoş vəziyyətdə əmisi oğlu Əbdülün həyətindəki köməkçi tikiliyə gəlib. Tərəflər arasında şəxsi münasibətlər zəminində qızğın mübahisə düşüb.Qarşıdurma zamanı Əli bıçağa əl ataraq Əbdülün bədəninin müxtəlif nahiyələrinə üç dəfə zərbə endirib. Hadisədən sonra təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb.Məhkəmədə ifadə verən Əli əmisi oğlunu ailə məsələlərinə görə vurduğunu bildirib:"Aramızda əvvəldən problem var idi. Hadisə günü hər ikimiz içkili idik. Əbdül ailəm haqqında bəzi sözlər danışdı, mənə xəyanət iddialarından söz açdı. Gücüm çatmadığı üçün onu bıçaqla vurdum. Əməlimdən peşmanam, onunla artıq barışmışıq".Zərərçəkmiş Əbdül isə ifadəsində əmioğlusunun ittihamlarını rədd edib və qəfildən hücuma məruz qaldığını söyləyib:"Toydan gəlib evdə yatmışdım, başım ağrıdığı üçün işə getməmişdim. Əli evə gələrək məni qəfildən bıçaqladı. Onun ailəsi ilə heç vaxt maraqlanmamışam. Məni nə səbəbə vurduğunu tam anlamadım".Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.